• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 noyabr  2025-ci il 

    25 noyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq Kafedrası və İfaçılıq Fakültəsinin tələbələrinin birgə iştirakı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert keçirilib. 
    Proqramda:
    ▪️Arsalan Navab Moghadamın "Simli kvartet" (I hissə) (müəllim: prof. C. Allahverdiyev)
    ▪️Ülvi Hüseynzadənin bariton ilə fortepiano üçün "Gördüm" qəzəl-romansı (sözləri: M. Füzuli), violino və fortepiano üçün "2 pyes", ağac nəfəsli kvartet üçün "Miniatür" (müəllim: prof. C. Allahverdiyev)
    ▪️Fatimə Məmmədzadənin klarnet və fortepiano üçün "2 pyes" (müəllim: dos. A. Məmmədova)
    ▪️Vahid Rəhimovun violonçel və fortepiano üçün "2 pyes" (müəllim: prof. C. Allahverdiyev)
    ▪️Sevgim Musazadənin simli kvartet üçün "Pyes" (müəllim: prof. Aydın Əzimov)
    ▪️Ağabəşir Bayramzadənin klarnet və fortepiano üçün "Sonata" (I hissə), violino və fortepiano üçün "2 pyes" (müəllim: prof. C. Allahverdiyev) 
    ▪️ Fatimə Məmmədlinin violino və fortepiano üçün "Pyes" və "Rəqs-skerso" (müəllim: prof. A. Əzimov) əsərləri səslənib.
    Gənc bəstəkarların əsərlərini Əməkdar Artist
    ▪️Əyyub Əliyev (violonçel)
    Respublika və beynəlxalq müsabiqə laureatları:
    ▪️Kənan Məmmədzadə (violino, müəllim: prof. H. Əliyeva)
    ▪️Ləman İsmayılova (violino, müəllim: baş mü. İ. Ağayeva)
    ▪️Cəmilə Eralp (viola)
    ▪️Ülviyyə Mustafazadə (violonçel, müəllim: prof. N. Abbaszadə)
    ▪️İsmayıl Əsədbəyli (bariton, müəllim: baş mü. İ. Nəzərov)
    ▪️Əli Hüseynli (fortepiano, müəllim: prof. F. Bədəlbəyli), 
    ▪️Özcan Cabbari (violino, müəllim: prof. F. İdyatulina)
    ▪️Elvin Əliyev (fortepiano, müəllim: dos. N. Kəngərli)
    ▪️Ərtoğrul Balayev (fortepiano, müəllim: prof. F. Bədəlbəyli)
    ▪️Aydan Hacıəhmədova (violino, müəllim: baş mü. M. Aslanova)
    ▪️Nərmin Quliyeva (violino, müəllim: prof. F. İdyatulina)
    ▪️Tuba Soleymani (violino, müəllim: N. Əsədova)
    ▪️Dəryanur Məmmədova (viola, müəllim: baş mü. G. Nurullayeva)
    ▪️Nuray Vəkilova (violonçel, müəllim: K. Paşazadə)
    ▪️Fatimə Salamova (fleyta, müəllim: dos. O. Zeynallı)
    ▪️Amin Nəbiyev (qoboy, müəllim: N. Kərimov)
    ▪️Məhəmməd Məhəmmədov (klarnet, müəllim: A. Məmmədov)
    ▪️Amin Heydərov (faqot, müəllim: İ. Hacıyev)
    ▪️Emil Rəhimov (klarnet, müəllim: dos. F. Məmmədov) ifa edib.