4 dekabr 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 04 dekabr 2025-ci il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş təntənəli konsert tədbiri keçirildi.
“XX-XXl əsr ifaçılıq repertuarı” fənninin (müəllim Xədicə Rzayeva) tələbələrindən ibarət zəngin konsert proqramı dinləyicilərə təqdim olundu.
Konsertdə istedadlı tələbələr - Nərgiz Vəlizadə, Sara Marçik, Timur Çernikov, Əli Vəliyev, Əsmər Hacızadə, Fərid Hüseynov, Nuranə Salamova, Ayşən Əliyeva, Nəzrin Mustafazadə, Nuray Allahverdiyeva, Duyğu Həsənli, Aişə Fətəliyeva, Nuray Əliyeva, Gülqayıd Poladova, Ayşən Uğurluyeva, Kənan Rəhmanzadə uğurla çıxış etdilər.
Dinləyicilərin ruhunu oxşayan konsert tədbiri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.




