• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 dekabr  2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 09 dekabr 2025-ci il tarixində Azərbaycanın Xalq artisti, professor Rauf Atakişiyevin 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Səhnədə kafedranın istedadlı tələbələri - Ziya Əlişov, Afət Rəhimova, Fərid Qulamov, Məhəmməd Əhədov, Kənan Rəhimzadə, Ayşən Rəfizadə, Nəzrin İmanova, Sənubər Kərimli, Qadir Günəşov, Səma Mustafayeva, Baran Sakman, Vüsal Mehdizadə, Nəzrin Məmmədova, Həmzə Abduraxmanov, Leyla Əliyeva, Yusif Axundzadə, Nigar Əsgərova, Elen İmamyarlı və kafedranın  müəllimi Nərmin İbrahimova, kafedranın dosenti Tofiyə Cavadova və baş müəllimi Atakişiyeva Lalə çıxış etdilər.

    Zəngin konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi. 

    Konsert boyunca tələbələrin ifasında səslənən musiqi nömrələri  Xalq artisti Rauf Atakişiyevin musiqi irsinə dərin hörmət duyğuları ilə müşayiət olundu. 

    Dinləyicilərin ruhunu oxşayan konsert tədbiri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.