22 dekabr 2025-ci il
22 dekabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrası tələbələrinin “Dünya azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş təntənəli konserti keçirildi.
“Ansambl ifaçılığı” fənni üzrə təşkil olunan konsertdə müəllimlər - Nəzakət Rimazi (Əməkdar müəllim, professor, “Fortepiano” fakültəsinin dekanı), Lalə Rzayeva (professor), Arzu Məmmədova (dosent), Fəridə Sultanova (dosent), Sevda Məmmədli (dosent), Nərgiz Nəzərova (baş müəllim), Elnarə Məcidova (baş müəllim), Könül Axundova (baş müəllim), Cəmilə Əmirovanın istedadlı tələbələri çıxış etdilər.
Konsertdə çıxış edən tələbələr:
Xəlil Mütəllibov, Daler Odinaev, Banu Tağıyeva, Nigar Hüseynli, Sevda Xanəliyeva, Şəbnəm Qasımzadə, Jalə Qədirzadə, Günel Xəlilzadə, Dilarə İbrahimova, Rəna Babayeva, Rəna Rəcəbova, Fatimə Məmmədova, Nərmin Günəşova, Zeynəb Abdullayeva, Medina Kurbanova, Cahan Tağızadə, Səma Mustafayeva, Arzu Mahmudova, Mehri Abdullayeva, Fidan Mustafayeva, Ülkər Quliyeva, Solmaz Əliyeva, Gülgün Abdullazadə, İnci Allahverdili, Nuranə Əliyeva, Züleyxa Bayramzadə, Aygün Baratzadə, Aysu Abbasova, Ayşə Məmmədova, Şəhla Yusibova, Afət Süleymanova, Fidan Əlizadə.
Xüsusi zövqlə seçilmiş konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirildi.
Bayram ab-havalı konsert gecəsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, gurultulu alqış sədaları altında başa çatdı.



