7 fevral 2026-cı il
7 fevral 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının piano ixtisası üzrə tələbələrinin Kamera və Orqan musiqisi zalında “Musiqi Debütü” adlı təntənəli konserti keçirildi.
Konsertdə iştirak edən solistlər:
Afət Süleymanova, Fərid Hüseynov, Fidan İbrahimova, Fidan Əmirova, Nuray Əliyeva, Fatimə Məmmədova, Əli Vəliyev, Elçin Məmmədov, Şəkərxanım Cavadzadə, Əliheydər Aydın, İlqarə Talıbova, Əbdüləli Hüseynli uğurla çıxış etdilər.
Zəngin konsert proqramında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri dinləyicilərə təqdim olundu.
Gənc musiqiçilərin məharətli çıxışları tamaşaçıların rəğbətini qazanaraq, hərarətlə qarşılandı.