• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 fevral 2026-cı il 

    1 fevral 2026-cı il tarixdə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Aşıq Pəri Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Zöhrə Qaraqızının 75 il illik yubileyinə həsr olunmuş musiqili-əbədi gecə keçirildi. 

    Gecədə  sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarovanın bədii rəhbəri olduğu  "İRƏVAN"ansambılı da iştirak edirdi (Solistlər:Elşad Həsənli və Rəvanə Vəliyeva; Ansanblın konsertmeysteri Orxan Qəhrəmanov) 

    Tədbirdə səslənən "Mən-mən", "Çal papaq" xalq mahnıları və Zöhrə Qaraqızının sözlərinə oxunan muğam parçaları gecəyə xüsusi rəng qataraq, tamaşaçıların böyük  alqışına səbəb oldu.