• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 may 2026-cı il 

    1 may 2026-cı il tarixində Niyazinin Mənzil Muzeyində görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri — Əməkdar müəllimlər Kəmalə Mirbabayeva və Arzu Məmmədovanın tələbələrinin iştirakı ilə baş tutan tədbir yüksək sənət ruhu və zərif musiqi duyğuları ilə yadda qaldı.

    Konsert proqramında dünya klassiklərinin və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi. Ferens Listin “Macar rapsodiyası №2” əsəri Ayşə Məmmədova və Aysu Abbasovanın parlaq ifasında dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Ardınca Sergey Rahmaninovun “Elegiya” əsərini Rəna Babayeva dərin lirizm və incə interpretasiya ilə təqdim etdi.

    Konsert boyu müxtəlif dövrlərin və üslubların musiqi nümunələri səsləndi. Fransis Pulenkin “Sonata” əsəri, Friderik Şopenin məşhur noktürnləri, Robert Şumanın romantik ruhlu “Coşma” pyesi və Fazıl Sayın müasir üslublu “Night” əsəri gənc ifaçıların peşəkar yanaşması ilə səhnəyə xüsusi rəng qatdı.

    Tədbirin ən yaddaqalan anlarından biri isə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri olan Xəyyam Mirzəzadə və Fikrət Əmirovın əsərlərinin səsləndirilməsi oldu. Xəyyam Mirzəzadənin “İlıq dənizdə buz parçası” kinofilmindən musiqi və Fikrət Əmirovun “Şur” simfonik muğamından parçalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

    Sabah qrupunun tələbələri Afət Süleymanova, Solmaz Əliyeva və Gülgün Abdullazadə, Fidan Əlizadə məharətlə çıxış etdilər.

    Musiqi axşamı yalnız bir konsert deyil, həm də elmə, sənətə və Azərbaycan mədəniyyətinə xidmət etmiş böyük şəxsiyyət — akademik Zərifə Əliyevanın əziz xatirəsinə ehtiramın ifadəsi oldu. Gənc musiqiçilərin səhnə mədəniyyəti, peşəkarlığı və duyğulu ifaları tədbirə xüsusi mənəvi dəyər qazandırdı.

    Konsert tədbirindən sonra Muzeyin rəhbərliyi tərəfindən BMA-nın tələbələri üçün maraqlı ekskursiya təşkil olundu. Tələbələr bəstəkarın ev muzeyini ziyarət edib, müxtəlif eksponatlarla yaxından tanış oldular.