• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2026-cı il 

    26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikasının Xalq artisti, “Nəfəs və zərb alətləri” kafedrasının müdiri,  professor Yusif Axundzadənin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.

    Musiqi ictimaiyyətinin nümayəndələrini, sənətsevərləri və tələbələri bir araya gətirən bu əlamətdar tədbir Azərbaycan musiqi mədəniyyətinə uzun illər ərzində dəyərli töhfələr vermiş görkəmli sənətkarın zəngin yaradıcılıq yoluna ehtiram nümunəsi olmuşdur.

    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri orkestri çıxış etmişdir. Proqram boyunca səslənən əsərlər yüksək peşəkarlıqla təqdim olunaraq tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

    Bədii rəhbər Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijor isə Bakı Musiqi Akademiyasının müəllimi Taleh Qəmbərov, tədbirin aparıcısı Nəzrin Məmmədova yubiley tədbirinə xüsusi ahəng və rəng qatmışdır.

    Yubiley konserti həm görkəmli pedaqoq və musiqiçi Yusif Axundzadənin sənət yoluna dərin ehtiramın ifadəsi, həm də Azərbaycan musiqi ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əlamətdar mədəni hadisə kimi yadda qalmışdır.