• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2026-cı il 

    31 may 2026-cı il tarixində beynəlxalq “Uşaq dünyası” festivalı çərçivəsində BMA-nın "Konsertmeyster ustalığı" kafedrasının dosenti Kamilla Sədirxanovaya müəllifi olduğunu “Sərhədsiz Fortepiano” layihəsini ictimaiyyətə təqdim etmək imkanı yaradıldı.

    Açılış nitqində də qeyd etdiyi kimi, bu layihənin ideyası uzun müddət ərzində formalaşmışdı, lakin onun həyata keçirilməsi üçün münasib şərait və imkan tapılmırdı. Nəhayət, Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə xanım Tağızadənin dəstəyi və köməyi sayəsində bu arzunu gerçəkləşdi.

    Layihənin əsas məqsədi fortepianoda yalnız öz zövqü üçün ifa edən, musiqi məktəblərində peşəkar təhsil almayan uşaqlara böyük səhnədə çıxış etmək, öz uğur və nailiyyətlərini valideynlərinə, yaxınlarına, dostlarına nümayiş etdirmək imkanı yaratmaqdır.
    Konsert proqramı peşəkar pianoçuların tədris repertuarına daxil olan əsərlərdən tərtib edilmiş, eyni zamanda uşaqların maraq dairəsini nəzərə alaraq sevilən film və cizgi filmlərinin saundtrekləri ilə zənginləşdirilmişdi.
    Layihədə iştirak edən həvəskar uşaqlara fortepiano üzrə peşəkar təhsil alan gənc musiqiçilər də dəstək oldular. Onlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləridir və səhnədəki yüksək səviyyəli ifaları həvəskar iştirakçılar üçün gözəl nümunə və gələcək inkişaf yolunda bir ideal rolunu oynaya bilərdi.
    Onlar:
    • İncı Hümbətova – II sinif
    • Sultan Nurmolda – II sinif
    • Viktoriya Abasova – IV sinif
    • Zivər Əliyeva – VII sinif
    Layihənin sonunda həmkarları və dostlarınla birlikdə tamaşaçılara Niyazinin “Arzu” əsərini fleyta solosu ilə işlənmiş variantda, həmçinin Astor Pyatsollanın məşhur “Libertango” əsərini təqdim etdilər.
    İfaçılar:
    • Aida İsmizadə – IX sinif, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi (fleyta)
    • Afaq Aşumova – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu

    • Məryəm Yusifova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu