27 iyun 2026-cı il
Səsin sərhədlərini aşan bir axşam…
“Opera Günləri II” festivalı çərçivəsində təqdim olunan “Kontratenor” solo konserti opera sənətinin ən nadir və maraqlı səs növlərindən birini dinləyicilərlə görüşdürdü.
Əməkdar artist İlham Nəzərov Azərbaycan və dünya bəstəkarlarının əsərlərini özünəməxsus kontratenor səsi ilə təqdim edərək tamaşaçılara unudulmaz musiqi axşamı yaşatdı. Qeyd edək ki, konsert proqramında Ceyhun Allahverdiyev (söz:Maya Heydərqızı) “Dəniz və səma” əsəri də dinləyicilərə təqdim olundu.
Konsertdə İlham Nəzərovu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət etdi. Dirijor – Əməkdar artist Əyyub Quliyev, xüsusi qonaq isə Əməkdar artist Fəridə Məmmədova idi.
Bu konsert bir daha sübut etdi ki, opera yalnız klassik musiqi deyil, həm də səsin, emosiyanın və səhnə estetikasının heyrətamiz harmoniyasıdır.
