• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyul 2026-cı il 

    2 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Kamera ansamblı kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Xavər Əhmədovanın sinfinin konserti keçirilmişdi.

    Xüsusi olaraq hazırlanmış konsert proqramının əsasını XX əsr xarici bəstəkarları — Kurt Atterberq, Alek Uaylder və Alamiro Campyerinin kamera-instrumental əsərləri təşkil edirmişdi. Bu əsərlər paytaxtın musiqi səhnələrində nadir hallarda səsləndirilən nümunələrdəndir.
    Tədbirin aparıcısı — sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının dosenti Alyona İnyakina çıxış edərək Xavər Əhmədovanın uzunillik yaradıcılıq fəaliyyətindən, onun ifaçılıq sənəti, elmi və pedaqoji sahələrdə qazandığı nailiyyətlərdən bəhs etmişdi.
    Bədii üslubu və ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən valtorna, klarnet və fortepiano üçün yazılmış əsərlər dosent Xavər Əhmədovanın sinfinin tələbələri — Şəlalə Quliyeva, Fərid Hüseynov, İbrahim Kazımov və Emil Rəhimov tərəfindən ifa olunmuşdu
    Müəllim və tədbir iştirakçıları üçün xüsusi musiqi hədiyyəsi olaraq Fərid Hüseynov Frans Şubertin “Eksprompt” əsərini səsləndirmişdi.

    Musiqili gecə Xavər xanımın yekun nitqi ilə başa çatdı. O, konsertin təşkilatçılarına, çıxış edən ifaçılara və tədbirin qonaqlarına səmimi minnətdarlığını ifadə etmişdi.