18 sentyabr 2026-cı il
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində Milli Musiqi Gününə və dahi bəstəkarın anadan olmasının 141-ci ildönümünə həsr olunmuş konsert-tədbir keçirilib.
Üzeyir Hacıbəyli Ev-Muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov ölməz sənətkarın həyat və yaradıcılığına dair maraqlı faktları dilə gətirib.
Abdulla Şaiq Ev-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətindəki müstəsna yerindən danışaraq, Ü.Hacıbəyli və A.Şaiq arasında dərin mənəvi bağlantılara da toxunub.
Tədbirin bədii hissəsi G. Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagird və müəllimlərinin, eləcə də Şəhriyar adına Mədəniyyət Mərkəzinin “Bənövşə” uşaq xorunun təqdim etdiyi konsert proqramı ilə davam edib.
Bakı Musiqi Akademiyasının professoru, Musiqi tarixi kafedrasının müdiri Zümrüd Dadaşzadə Üzeyir Hacıbəyli fenomeni haqqında düşüncələrini bölüşüb. O, “dahi” anlayışının arxasında gizlənən dərin mətləbləri gənc nəslə çatdırmağa, bəstəkarın şəxsiyyətinin və yaradıcılığının nəhəngliyini açıqlamağa çalışıb. Professor vurğulayıb ki, Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının və ümumbəşəri musiqi mədəniyyətinin böyük hadisəsidir. Sonda Z.Dadaşzadə jurnalistlərin suallarını cavablandırıb.


