• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 sentyabr 2026-cı il 

    2026-cı il 20-21 sentyabr tarixlərində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında “Sound of the Land of Fire Music Competition” layihəsinin qaliblərinin konserti keçirildi.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan konsert XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb. 

    Öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tamaşaçıları salamlayaraq, qonaq musiqiçiləri  auditoriyaya təqdim edib, tədbiri açıq elan etdi.

    Konsertdə beynəlxalq müsabiqənin qalibləri — Qazaxıstan əsilli pianoçu Tomiris Bekturova və Koreya Respublikasından pianoçu Eunseon Ahn,  21 sentyabr tarixində isə Naoe Sasaki,  Nanase KurokiDaniel Boura çıxış etdilər.

    Konsert proqramında V.A.Motsart, F.Şopen, R.Şuman, F.List, S.Raxmaninov, D.Skarlatti, K.Debüssi, Moris Ravel, B.Smetana, A.Skryabin, həmçinin görkəmli Azərbaycan bəstəkarları-Q.Qarayev, T.Quliyev, A.Abbasov, C.Hacıyevin əsərləri dinləyicilərə təqdim olundu.

    Müsabiqənin əsas şərtlərindən biri Azərbaycan bəstəkarlarının əsərlərini konsert proqramına daxil etmək olmuşdur.

    Qeyd edək ki, “Sound of the Land of Fire Music Competition” layihəsinin finalını təşkil edən Azərbaycanda Vyana Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaq qismində tədbirdə iştirak etmişdir.

    Bu konsert yalnız istedadlı gənc pianoçuların yaradıcılığının təqdimatı deyil, həm də Azərbaycanın beynəlxalq musiqi mühitində mühüm mədəniyyət platformalarından biri kimi rolunu nümayiş etdirən tədbirlərdən biri oldu.

    Musiqi sərhəd tanımır — o, ölkələri, mədəniyyətləri və insanları birləşdirən universal dildir.