• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 sentyabr 2026-cı il 

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi “Sənət inciləri” layihəsi

    üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunub.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Xəzər Universiteti və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə keçirilən tədbirdə təhsil ocağının müəllim və tələbələri iştirak ediblər. 

    Sonra bədii hissəyə söz verildi. Konsert proqramı: Müslüm Maqomayev “Nərgiz” operasından Nərgizin ariyası (ifa etdi:Bakı Musiqi Akademiyasının tələbəsi İmamyarlı Elen, konsertmeystr: əməkdar artist Nigar Məlikova), Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası (ifa etdi: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Məryəm Babayeva, konsertmeystr: Ülviyyə Əliyeva), Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin dueti (ifa etdilər: BMA-nın tələbələri  İmamyarlı Elen və İsmayılov Şöhrət, konsertmeystr: əməkdar artist Nigar Məlikova), 

    Emil Əfrasiyab Üzeyir Hacıbəylinin əsərləri mövzusunda “Parafraz” (ifa etdi: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi  Balayev Ərtoğrul), Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasından “Səhnə” (ifa etdilər: Cahangir Cahangirov adına xor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Xəzər universitetinin tələbələri).

    Bədii proqram tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.