28 oktyabr 2026-cı il
28 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Simli alətlər” kafedrası tələbələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş konsert keçirilib.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının zəngin musiqi irsini əks etdirən əsərlər səsləndirilib. Tələbələr Qara Qarayevin “Adagio”, Fikrət Əmirovun “Muğam poema”, Rəna Qədimovanın “Nostalji”, Arif Məlikovun “Türk qızlarının rəqsi”, Cahangir Cahangirovun “Rondo”, Azər Dadaşovun “Poema”, Nikkolo Paqaninin “Cadügərlərin rəqsi”, Rodion Şedrinin “Albenis sayağı” və Musa Mirzəyevin “Vals-skertso” əsərlərini ifa etdilər.
Konsert proqramında Əsmər Güllarova, Əmirə Terequlova, Ləman İsmayılova, Fidan Musayeva, Nigar Həsənova, Surə Həsənli, Kənan Bağırov, Qadir Günəşov və Aydan Hacıəhmədova çıxış ediblər.
İfaçıları konsertmeysterlər Zöhrə Salamova, Nuranə Qurbanova, Arzu Səfərova, Səbinə Muradova, Züleyxa Usubova və Əli Vəliyev müşayiət ediblər.
Tədbir gənc musiqiçilərin ifaçılıq bacarıqlarının nümayişi, milli musiqi mədəniyyətimizin təbliği və Zəfər Gününün mənəvi dəyərlərinin musiqi vasitəsilə ifadəsi baxımından əlamətdar olub.





