• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr 2018-ci il

    Təqdim olunan dərs vəsaiti pianoçu və musiqişünas arasında dialoq şəklində tərtib edilmişdir.

    Musiqiçinin özünəxas təbiətinə, onun sensorluq və hərəkət imkanlarının koordinasiyasına yönələrək, psixi, ruhi, əsəb-əzələ relaksasiyası imkanlarını açıqlayır. Dərs vəsaitində, daha çox bədii obrazın tam qavranılmasına maneə yaradan diskomfort və gərginlik hissi keçirən ifaçı üçün zəruri olan tələblər irəli sürülür; müəllimin hətta ali məktəbdə qarşılaşdığı psixofizioloji kompleksləri dəf etmək üçün müəyyən çalışmalar tövsiyə olunur; musiqi məşğələləri prosesində əldə olunan fiziki sərbəstliyin psixi sərbəstliyə çevrilərək, digər məsələlərlə yanaşı, həm də həyati oriyentirləri dəyişdirməyə imkan verən qənaətlər formalaşdırılır. Dərs vəsaiti musiqi təhsili ocaqlarının müəllim və tələbələri, həmçinin ifaçılıq sənəti ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.