• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 sentyabr 2019-cu il

    13 sentyabr 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Kiçik Zalında Beynəlxalq əlaqələr şöbəsinin yeni “Creative Spark” və “LoLa” layihələrinin təqdimatı keçirilib.

    BMA-nın Böyük Britaniyanın East London Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birlikdə qalib gəldiyi və British Council tərəfindən maliyyələşdirilən “Creative Spark” layihəsi tələbələrin sahibkarlıq bacarıqlarının və ingilis dili biliklərinin inkişaf etdirilməsinə, ümumilikdə isə yaradıcı sektorun inkişafına töhfə verəcəkdir.

    “LoLa” layihəsi isə GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılır, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verir və sərhədsiz musiqi imkanları təqdim edir. 18 aprel 2019-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış LOLA audiovizual yayım sistemi sınaq rejimində nümayiş olundu.