• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 oktyabr 2022-ci il

    13 oktyabr 2022-ci il tarixində  Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının Çağ Universiteti ilə əməkdaşlığı çərçivəsində, “Təcrübə Danışır”ın bu dəfəki spikeri Sosial Elmlər İnstitunun müdiri Prof. Dr. Murat Koç oldu.

    Murat Koç müxtəlif xarici ölkələrin beynəlxalq təşkilatlarında müşahidə heyəti üzvü, eyni zamanda BMT və NATO tabeliyində Güvənlik və Strateji mövzularda təlimlər almışdır.

    Layihənin mövzusu:

    ÜNİVERSİTE KARİYER MERKEZLERİNDE 21.YY BECERİKERİ YAKLAŞIMI:

    -Kariyer Pratikasında yolcu olmak

    - Hayat Yolu

    - Kariyer Yolu

    - Paradigma Değişimi ve Geleceğin Becerileri

    -Eko Sistemler ve Değer Ekonomisi

    -Temel Yetkinlikler

    -Kariyer Merkezlerinin Yükümlülükleri.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Təcrübə və məzunlarla iş" şöbəsinin müdiri Anar Seyidov və şöbənin mütəxəssisi İlahə Allahverdiyeva Karyera Mərkəzinin əməkdaşları ilə lqyihədə iştirak etdilər.

    Qeyd edək ki, bu görüş Azərbaycan universitetləri Karyera Mərkəzlərinin rəhbərləri və əməkdaşları üçün nəzərdə tutulmuşdur.