20 may 2025-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görüldü.
20 may 2025-ci ildə Bakı Ali Neft Məktəbinin Konqres zalında ali, orta ixtisas və peşə məktəblərinin tədrisdə və ictimai həyatda fərqlənmiş tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqi Respublika
Komitəsinin adlı təqaüdü təqdim edilmişdir. Bu tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndələri - HiK-nin sədri Aqil Qafulov və tələbələr - Aytac Vəliyeva, Fidan Yusifzada, Nurdan Hüseynzadə, Aygül Mahmudova, Aytac Rzayeva və Cavidan Rəsulov iştirak etmişlər.
Adı çəkilən tələbələr qiymətli hədiyyələrlə və adlı təqaüdlə təltif edilmişdir.
Tələbərimizi təbrik edirik!