23 may 2025-ci il
23 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Karyera planlaması mərhələləri” mövzusunda məzunlarla seminar keçirildi.
Seminarda Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva ön sözlə çıxış edərək, sözü qonaq spiker Natiq Xəlilova verdi.
Karyera təlimçisi Natiq Xəlilov məzunlarla karyera planlamasının mərhələləri, tələbələrin əmək bazarına necə inteqrasiya etmələri, məqsədlərin qoyulması, düzgün karyera strategiyasının qurulması mövzusunda tələbələri məlumatlandırdı.
“Təcrübə və məzunlarla iş” şöbəsinin və Karyera Mərkəzinin müdiri Anar Seyidov, mərkəzin mütəxəssisi Mənsurə Quliyevanın da iştirak etdiyi seminarda mövzu ətrafında müzakirələr aparıldı, tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallar spiker N.Xəlilov tərəfindən cavablandırıldı.