22 oktyabr 2025-ci il
22 oktyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Beatspace” layihəsi çərçivəsində təşkil olunan Bookclub görüşü keçirildi.
Görüş Lev Tolstoyun “Sevgi haradadırsa, Tanrı oradadır” kitabının müzakirəsinə həsr olunmuşdur.
Müzakirə zamanı kitabda toxunulan mövzular, həmçinin oxucular üçün maraqlı olan, onları düşündürən fikirlər dərin və səmimi şəkildə işlənildi. Kitabda ötürülən mesajlar hamılıqla bərabər təhlil olundu.
İştirakçılar fəal şəkildə suallar verib, şəxsi təəssüratlarını bölüşdülər. Görüş həm intellektual, həm də emosional baxımdan maraqlı keçdi və oxucularda dərin düşüncələr oyatdı.