13 noyabr 2025-ci il
13 noyabr 2025-ci il tarixində “Maestoso” tələbə klubunun üzvləri Amerika musiqisinin ən maraqlı və mürəkkəb simalarından biri — Çarlz Ayvz ilə “tanış oldular”.
Klub üzvləri bəstəkarın 4-cü simfoniyasını dinləyərək, onun musiqisindəki xaos və harmoniyanı partitura vasitəsilə izlədilər.
Əsəri dinlədikdən sonra iştirakçılar əsərin strukturu, fəlsəfi dərinliyi və Ç.Ayvzın “daxili və xarici aləmlərin toqquşması” ideyası haqqında fikir mübadiləsi apardılar.


