20 fevral 2026-cı il
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə incəsənət məktəblərinin I–II sinifləri üçün “Balaca pianoçu” adlı yeni dərs vəsaiti nəşr olunub.
Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında kitabın təqdimatı keçirilib.
Qeyd olunub ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildən tətbiq edilirdi və müasir pedaqoji tələblərə cavab vermirdi.
Milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlanan “Balaca pianoçu” fortepiano ixtisası üzrə ilk milli dərs vəsaiti kimi yüksək qiymətləndirilib.




