13 mart 2026-cı il
Bakı Musiqi Akademiyasında maarifləndirici təlim keçirildi
13 mart 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlim keçirildi.
Öncə tədbirdə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, mərkəzin əməkdaşını-Emil Lətifovu (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi) auditoriyaya təqdim etdi.
Sonra BMA-nın tələbələrinin ifasında musiqi nömrələri səsləndirildi:
Kreysler “Qaraçı qız”
(İfa etdi:BMA-nın 3-cü kurs tələbəsi, Beynalxalq müsabiqələr laureatı Səbinə Həsənzadə;
Müşayiət edir: Arzu Səfərova),
N.Əliverdibəyov “Elegiya”
(İfa etdi: BMA-nın 1-ci kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Kənan Rəhimzadə),
T.Quliyev “Sənə də qalmaz”
İfa etdi: BMA-nın 1-ci kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Atilla Qərib,
Müşayiət edir: BMA-nın 3-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Röya Hüseynova).
Bədii hissədən sonra Emil Lətifova söz verildi.
O, təlim zamanı iştirakçılara icbari tibbi sığorta sisteminin əhəmiyyəti, vətəndaşların tibbi xidmətlərdən istifadə imkanları, eləcə də sığortanın təmin etdiyi hüquq və imkanlar haqqında ətraflı məlumat verdi.
Maarifləndirici görüşdə Akademiyanın professor-müəllim heyəti və tələbələr iştirak edərək mövzu ilə bağlı suallarını səsləndirdilər və müzakirələr aparıldı.
Təlimin əsas məqsədi icbari tibbi sığorta sisteminin mahiyyəti və üstünlükləri barədə məlumatlılığın artırılması idi.





