• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 mart 2026-cı il

    21-25 mart tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir sıra əməkdaşları Novruz bayramı ərəfəsində Elm və Təhsil İşçiləri üçün nəzərdə tutulan Nabran rayon “Təhsil” İstirahət kompleksinə yola düşdülər.



    BMA-nın əməkdaşları bayram tədbirlərində iştirak etməklə, eyni zamanda kompleksdə təşkil olunan müxtəlif idman, bilik, intellektual yarışlar, ağacəkmə aksiyası və digər fəaliyyət növlərində aktiv iştirak etdilər.

    “Novruz düşərgəsi” hər bir iştirakçı üçün xoş təəssüratlarla yadda qalıb, yüksək təqdir olundu.