31 mart 2026-cı il
Bakı Musiqi Akademiyasının kollektivi Qubada anım tədbirində iştirak edib
Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək 31 Mart soyqırımı qurbanlarının xatirəsini yad edib.
Ziyarət çərçivəsində kollektiv memorial komplekslə tanış olub, faciə qurbanlarının xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra tədbir iştirakçıları kompleksin ətraf ərazisində təşkil olunan ağacəkmə aksiyasına qoşularaq ekoloji təşəbbüsə dəstək veriblər.
Qeyd edək ki, bu cür tədbirlər gənc nəsildə tarixi yaddaşın qorunması və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.




