18 aprel 2026-cı il
Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində 18 Aprel tarixində Gənclər və İdman nazirliyi Bakı şəhər Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin əməkdaşları və tələbələri arasında idman növləri üzrə “Zəfər festivalı – 3” adlı idman yarışları başlanıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşları - idman klubunun müdiri Kəmalə Əhmədovanın təşəbbüsü ilə professor Lalə Cəfərova və dosent Abdulla Züleyxa şahmat üzrə yarışa qatılmışlar.
Yarışda 6 Ali təhsil müəssisəsindən (BMA, ADİU, AU, ATU, BDU, BMU) 22 əməkdaş iştirak etmişdir. Züleyxa Abdulla qadınlar arasında yarışın qalibi olmuş, kişilər arasında isə 3-cü yeri qazanmışdır.
Əməkdaşımızı uğur münasibəti ilə təbrik edirik!



