27 aprel 2026-cı il
27 aprel 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mülki müdafiənin illik tədbirlər planına əsasən Mülki Müdafiənin rəhbər heyətlə nümunəvi toplanış məşqi keçirilmişdir.
Məşqin mövzusu "Fövqəladə hallar və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması " olmuşdur. Nəsimi rayonu üzrə Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin baş zabiti E.Paniyev, baş zabit kapitan A.Həsənov, baş məsləhətçi R.Həsənzadə BMA -nın rəhbər heyət və işçi kollektivinə obyekt mülki müdafiə məşqi keçmişlər. Məşqin əsas məqsədi ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı yoxlanılıb, birgə fəaliyyətlərini uzlaşdırılması, komandir- rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olmuşdur.Tədbir uğurla reallaşdırıldıqdan sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.



