7 may 2026-cı il
Musiqi müəllimliyi ixtisası üzrə tələbələrlə maarifləndirici ekskursiya
07 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Hüseynova “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələrilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiya təşkil etmişlər.
Tələbələr muzeydə nümayiş olunan eksponatlarla tanış olaraq, görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti və ictimai xadim kimi xidmətləri haqqında maraqlı məlumatlar əldə etdilər.
Tələbələr göstərdikləri diqqətə, səmimi münasibətə görə muzeyin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrini tanıtmaq və gələcək musiqi müəllimlərinin maariflənməsi bu cür ekskursiyalar vasitəsilə davam edir.



