30 may 2026-cı il
28–30 may 2026-cı il tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva beynəlxalq akkreditasiya eksperti qismində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasında keçirilən akkreditasiya prosesində iştirak etmişdir.
Üç gün davam edən akkreditasiya çərçivəsində ali təhsil müəssisəsinin tədris və idarəetmə fəaliyyəti hərtərəfli qiymətləndirilmiş, professor-müəllim heyəti, tələbələr və inzibati əməkdaşlarla müsahibələr aparılmış, maddi-texniki baza ilə tanışlıq keçirilmiş, həmçinin müvafiq sənədlər və tədris proqramları araşdırılmışdır.
Qiymətləndirmənin nəticələrinə əsasən, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası akkreditasiya tələblərinə cavab verən ali təhsil müəssisəsi kimi uğurla akkreditasiyadan keçmiş hesab olunmuşdur.

