• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyul 2026-cı il

    İyulun 1-də “Musiqi tarixi” kafedrasının 2025–2026-cı tədris ilində yekun iclası keçirilib.

    İclasda Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudova iştirak edib.

    Toplantıda  yaz semestrində kafedranın fəaliyyəti ümumiləşdirilərək tədris ilinə yekun vurulub. Qeyd edilib ki, kafedranın fəaliyyəti əsasən tədris, elmi-tədqiqat, tələbələrlə iş və maarifçilik istiqamətləri üzrə həyata keçirilib. Bu istiqamətlərin hər biri vahid konseptual yanaşmanın tərkib hissəsi kimi qarşılıqlı əlaqədə inkişaf etdirilib.

    Bildirilib ki, il ərzində kafedranın müəllimləri bir sıra tədris proqramları – o cümlədən yeni fənlər üzrə(“Akademik yazı və etika”, “Ekran musiqisi” və s.) –hazırlayıb, açıq dərslər və vebinarlar keçiriblər. Həmçinin onlar Bakı, Almatı, Astana, Daşkənd və Sankt-Peterburq şəhərlərində baş tutan beynəlxalq elmi konfranslara qatılıb, Bakının nüfuzlu məkanlarında mühazirələrlə çıxış edib, aparıcıteleviziya kanalları ilə fəal əməkdaşlıq gerçəkləşdiriblər.

    Kafedranın fəaliyyətində tələbələrlə iş xüsusi yer tutub. Tələbələr müxtəlif müsabiqələrdə, yaradıcılıq yönümlü tədbirlərdə və elmi konfranslarda fəal iştirak ediblər. Elmi rəhbərlərinin başçılığı altında onlar “Sabah” jurnalı üçün müxtəlif mövzularda elmi və publisistik məqalələr hazırlayıblar.

    İclasda həmçinin 2026–2027-ci tədris ilində həyata keçiriləcək fəaliyyət istiqamətləri müzakirə olunub. Professor Gülzar Mahmudova xüsusilə bakalavr buraxılış işlərinin və magistr dissertasiyalarının hazırlanması və icrası ilə bağlı konkret tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Kafedranın işində müsbət dinamikanın müşahidə olunduğu da qeyd edilib.