15 sentyabr 2026-cı il
Yeni tədris ilinin başlanması münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin dekanı, Musiqi tarixi və Musiqi nəzəriyyəsi kafedralarının rəhbərləri birinci kursa qəbul olunmuş bakalavr və magistr tələbələri ilə görüş keçiriblər.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı yeni tələbələrlə tanışlıq olub, onların qarşıdakı tədris mərhələsi ilə bağlı sualları dinlənilib.
Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor GülzarMahmudova tələbələrə Bolonya sistemi əsasında təşkil olunan tədris prosesi haqqında ətraflı məlumat verib, universitet həyatına uyğunlaşma, təhsilə məsuliyyətli yanaşma və davamlı çalışmanın vacibliyi ilə bağlı tövsiyələrini səsləndirib.
Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə və Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova Bakı Musiqi Akademiyasının zəngin tarixi və ənənələrindən söz açaraq, tələbələrin bu ənənələrin layiqli davamçıları olmalarının vacibliyini vurğulayıblar. Kafedra rəhbərləri gəncləri tədris prosesində fəal və təşəbbüskar olmağa, elmi və yaradıcılıq imkanlarından səmərəli istifadə etməyə çağırıblar.
Görüşün sonunda tələbələrə yeni tədris ilində yüksək nailiyyətlər, elmi axtarışlar və yaradıcılıq fəaliyyətindəuğurlar arzulanıb.
Yeni tədris ilinin bütün tələbə və müəllim heyəti üçün uğurlu və yaddaqalan olması diləyi ilə görüş başa çatıb.




