• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 oktyabr 2026-cı il

    Musiqi sərhədləri aşır, mədəniyyətləri birləşdirir!

    Bakı Musiqi Akademiyasında İsveçrə və Azərbaycan musiqi dialoqu baş tutub!
    9 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İsveçrə ilə Azərbaycan arasında musiqi və mədəniyyət mübadiləsinə həsr olunmuş xüsusi görüş keçirilib.
    İsveçrəli musiqiçilərlə Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbələrini bir araya gətirən tədbir iki ölkənin musiqi ənənələrinin qarşılıqlı tanıdılması, gənc musiqiçilər arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq mədəni dialoqun inkişafı baxımından əhəmiyyətli olmuşdur.
    Canlı musiqi, ənənəvi alətlər və yaradıcı ünsiyyət!
    Tədbirdə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ön sözlə çıxış edib,  iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi yolunda aparılan işləri nəzərə çatdırdı. Sonra sözü İsveçrə Səfirliyinin Missiya Rəhbərinin müavini cənab  Guy Bonvin verdi.
    Cənab  Guy Bonvin də öz növbəsində tamaşaçıları salamlayaraq, təşkil olunan möhtəşəm tədbir üçün Yeganə xanım Axundovaya təşəkkürünü bildirdi.
    Tədbir çərçivəsində iştirakçılar canlı musiqi ifalarını dinləyib, ənənəvi musiqi alətləri ilə yaxından tanış olmuşlar.
    Görüşün ən maraqlı məqamlarından biri isə musiqiçilərin birgə ifası olub. Müxtəlif musiqi ənənələrinin eyni səhnədə qovuşması bir daha nümayiş etdirib ki, musiqi ortaq dil, mədəniyyətlər arasında körpü və insanları birləşdirən universal sənətdir. ????????
    İsveçrə Səfirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə reallaşan bu görüş beynəlxalq əməkdaşlığın, musiqi təcrübəsinin paylaşılmasının və gənc istedadların inkişafının əhəmiyyətini ön plana çıxarmışdır.

     İki ölkə, fərqli musiqi ənənələri, bir ortaq dil — musiqi!