• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 oktyabr 2026-cı il

    16 oktyabr 2026-cı il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının növbəti iclası keçirilib.

    İclasda kafedranın cari fəaliyyəti, tədrisin təkmilləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə bağlı aktual məsələlər müzakirə olunub

       Gündəlikdə duran əsas məsələlərdən biri bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin və magistrlik dissertasiyalarının mövzularının müzakirəsi və təsdiqi olub. Təklif olunan mövzuların aktuallığına, elmi əhəmiyyətinə və müasir musiqişünaslığın tələblərinə uyğunluğuna xüsusi diqqət yetirilib. Müzakirələr zamanı ayrı-ayrı mövzuların adlarının dəqiqləşdirilməsi və tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

        İclas iştirakçıları, həmçinin Musiqi forması üzrə dərsliyin, yeni tədris proqramlarının yazılması, müasir tədris yanaşmalarının tətbiqi, nəzəri hazırlıqla tələbələrin praktik tədqiqat fəaliyyəti arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.   İclas kafedranın tədris və elmi fəaliyyətinin gələcək inkişafı baxımından əhəmiyyət daşıyan məsələlərin  işgüzar müzakirəsi şəraitində baş tutub.