• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 oktyabr 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında 20 oktyabr 2026-cı il tarixində iclas keçirildi.

    İclasda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Konsertmeyster ustalığı” kafedrasının müdiri professor Gülnarə Acalova və kafedranın müəllimləri iştirak ediblər.

    Görüşdə akkreditasiya prosesinə hazırlıq, müvafiq sənədlərin hazırlanması və sistemləşdirilməsi, aralıq imtahanlarının təşkili, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü ilə əlaqədar görüləcək işlərin müzakirəsi, təcrübə ilə bağlı bir çox məsələlər müzakirə edilib. Həmçinin, aralıq imtahanlarının keçirilmə vaxtı müəyyənləşdirilib və imtahan komissiyalarının üzvləri təyin edilib.

    İclas zamanı, qarşıdan gələn 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlərə hazırlıq işləri, nəzərdə tutulan konsertlərin təşkili və həyata keçirilməsi istiqamətində görüləcək işlər ətrafında geniş müzakirələr aparılıb.