• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 oktyabr 2026-cı il

    19-30 oktyabr tarixlərində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının və  Qazaxıstanın İncəsənət Universitetinin  magistr tələbələri (2-ci qrup)  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi təcrübə keçəcəklər.

    Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva

    Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə və bəstəkar professor Lalə Cəfərovanın qəbulunda olmuş, elmi rəhbərlərlə görüşmüşlər. 

    Eyni zamanda Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, şöbənin əməkdaşı Firudin Əliyev ilə Bakı Musiqi Akademiyasında ekskursiya edib, binanın tarixi və ənənələri ilə yaxından tanış oldular,kitabxananı ziyarət etdilər.

    Qazaxıstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti,  professor Fərhad Bədəlbəyliyə və kollektivə dərin minnətdarlıqlarını bildirdilər.