20 oktyabr 2026-cı il
20 oktyabr 2026-cı il tarixində İfaçılıq fakültəsiin Elmi Şurası keçirilmişdir.
Şuranın sədri - professorN.Abbaszadənin sədrliyi ilə keçən iclasda cariməsələlər müzakirə edilmişdir. "AzərbaycanMədəniyyəti - 2040" Azərbaycan RespublikasınınMədəniyyət Konsepsiyası və bu konsepsiyaçərçivəsində keçiriləcək tədbirlər, 27-29 oktyabrda VII Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunda Akademiyadan iştirak edəcək müəllim-tələbə heyəti, Beynəlxaq İncəsənət festivalı (BİAF 2026) çərçivəsində oktyabrda baş tutacaq ustad dərs, tədris prosesini yüksək səviyyədə təmin etmək üçün dərslərinmonitorinqinin mütəmadi keçirilməsinin vacibliyi və digər müxtəlif məsələlər müzakirə edilmişdir. İclasda"İfaçılıq" fakültəsinin dekanı, professor N.Abbaszadə, Tədris işləri üzrə prorektor, professor N.Quliyeva, "Fortepiano" fakültəsinin dekanı, professor N.Rimazi, "Nəfəs və zərb alətləri" kafedrasının müdiri, professorY.Axundzadə, “İxtisas fortepiano” kafedrasının müdiri, professor S.Aşumova, “Ümumi fortepiano” kafedrasının müdiri, professor A.Rüstəmova və digərləri iştirak etmişdilər.


