8 noyabr 2026-cı il
8 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər günüdür!
Artıq altı ildir ki, bu tarix Azərbaycan Respublikasında Zəfər günü kimi qeyd olunur.
Zəfər günü ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, BMA-nın professor və müəllim heyəti tələbələrlə birgə Zəfər parkının girişində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edərək, abidə önünə gül dəstələri qoydular.
Torpaqlarımızım bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik!



