30 oktyabr 2025-ci il
2026-ci ilin 31 yanvar-12 fevral tarixlərində BƏƏ-də keçiriləcək “Fujairah International Piano Competition” müsabiqəsinin 2025-ci il 30-31 oktyabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan üzrə seçim turu keçirildi.
Azərbaycan üzrə müsabiqənin münsiflər heyətinin üzvləri Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar müəllim, Fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazi, Bədii Koordinator, pianoçu, fortepiano müəllimi, Nora Nowotna, Fujairah rəhbəri Ali Alhafti.
Seçim turunda Bakı Musiqi Akademiyasının tələbələri, Qazaxıstan, Özbəkistan Respublikasının, İncəsənət gimnaziyasının ifaçıları, hətta Qubadlı rayon məktəbinin şagirdi də iştirak etmişdir.
Seçim turunun nəticələri yaxın zamanlarda münsiflər heyəti və təşkilatçılar tərəfindən elektron ünvan vasitəsilə bildiriləcəkdir.
Qeyd edək ki, müsabiqənin seçim turu müxtəlif ölkələrdə keçirilir və seçim turunda hər ölkədən iştirak edən musiqiçilər arasından ən peşəkar ifaçılar seçilib BƏƏ-nin Fujairah şəhərində keçiriləcək müsabiqəyə qatılacaqdırlar.




