• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2025-ci il

    2025-ci ilin 3, 4, 5 və 6 noyabr tarixlərində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi bəstəkar və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı illiyinə və Xalq artisti, professor Rauf Atakişiyevin anadan

    olmasının 100-cü illiyinə həsr edilmiş “Simli alətlər, nəfəs alətləri, zərb alətləri, fortepiano, vokal ifaçılığı və dirijorluq, ansambl nominasiyaları üzrə ifaçılıq müsabiqəsi” keçirilmişdir.

    7 noyabr tarixində isə müsabiqənin möhtəşəm Qala konserti və mükafatlandırma mərasimi baş tutdu.

    Tədbiri giriş sözü ilə  Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açaraq, Rauf Atakişiyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və onun zəngin irsinin bu gün də gənc nəsil üçün örnək olduğundan danışmışdır. 

    Sonra BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva  müsabiqə iştirakçılarını təbrik edib, onlara uğurlar arzuladı. Ardınca münsiflər heyətinin üzvlərini hər kəsə təqdim etdi və tədbiri açıq elan etdi. 

    Müsabiqənin sədri – Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olmaqla, münsiflər heyəti aşağıdakı nominasiyalar üzrə fəaliyyət göstərmişdir:

    Fortepiano nominasiyası üzrə: Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar artist, “İxtisas Fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumova, Xalq artisti, professor Ülviyyə Hacıbəyova

    Orkestr alətləri: Xalq artisti, “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, professor Yusif Axundzadə, Əməkdar artist, dosent Vladislas Kuznetsov, 

    “İfaçılıq” fakültəsinin dekanı: Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə

    “Simli alətlər” kafedrası: Əməkdar müəllim, professor Hökumə Əliyeva,

    Vokal nominasiyası üzrə: Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımova, Xalq artisti, professor Natəvan Şeyxova, Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artist Səbinə Əsədova

    Xor-dirijorluq üzrə: “Dirijorluq” kafedrasının müdiri, professor Gülbacı İmanova, Əməkdar müəllim, professor Leyla Məmmədova 

    “Fortepiano,orqan və klavesin” kafedrasının baş müəllimi Lalə Atakişiyeva (Rauf Atakişiyevin qızı).

    Qala konsertdə  əvvəlcə dörd gün ərzində keçirilmiş müsabiqənin fraqmentləri video-çarx vasitəsilə tamaşaçılara nümayiş olundu, sonra ifaçılar zəngin konsert proqramı ilə çıxış etdilər. Ardınca isə iştirakçılar diplomlarla təltif edilmiş və qaliblərə pul mükafatları təqdim edilmişdir.

    Bu tədbir xalqımızın musiqi mədəniyyətinin inkişafına olan töhfənin bariz nümunəsi olmaqla yanaşı, gənc ifaçıların ilhamlandırılması və musiqi sənətində yeni uğurlara yol açılması baxımından böyük əhəmiyyət kəsb etmişdir.