• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 oktyabr 2025-ci il

    2025-ci il oktyabrın 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş “Milli musiqimizin iki zirvəsi – Dahilərdən gələcəyə” adlı elmi müsabiqənin nəticələri elan olunub.

    Müsabiqənin münsiflər heyəti qismində Ü.Hacıbəyli adına BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva;

    BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə;”Tarix-nəzəriyyə” fakültəsinin dekanı, “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq doktoru, Əməkdar müəllim Gülzar Mahmudova;

    “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova; Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva çıxış etdilər. Onlar gənc tədqiqatçıların elmi maraq dairəsini, milli musiqi irsinin öyrənilməsinə olan diqqət və məsuliyyət hissini yüksək qiymətləndiriblər.

    Müsabiqədə iştirak edən tələbələr elmi araşdırmalarına görə diplom və sertifikatlarla təltif olunublar.

    Sertifikatla təltif olunanlar:

    1. Nəbili Nigar (II kurs) – “Müslüm Maqomayevin həyat və yaradıcılığı”

    2. Əhmədova Gülcan (I kurs) – “Milli operanın yaranması”

    3. Hacıyeva Validə (I kurs) – “Müslüm Maqomayevin ‘Nərgiz’ operası – qəhrəmanlıq və humanizm idealarının musiqidə ifadəsi”

    4. Ağamməmmədova Nübar (II kurs) – “Milli musiqi məktəbinin təməl qurucuları – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – 140”

    5. Mövsümlü Sevda (I kurs) – “Üzeyir Hacıbəylinin musiqidə vətənpərvərlik ideyası”

    6. Məmmədova Əminəxanım (III kurs) – “Üzeyir Hacıbəyli və milli musiqi mədəniyyətimizin dirçəlişi”

    Müsabiqədə yer tutanlar isə diplomla təltif olunublar: 

    I yer: Dürnisə Hüseynova (II kurs) – “Milli maarifin nəbzi – Üzeyir Hacıbəyli və publisistikası”

    Neyjən Mustafayeva (magistr, II kurs)– “Azərbaycan musiqi irsinin rəqəmsal təqdimatı”

    II yer: Nəzrin Məmmədova (II kurs) “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin etnomusiqişünaslığın inkişafında rolu”

    III yer: Ayşən Rəfizadə (II kurs) “Müslüm Maqomayev yaradıcılığında milli xüsusiyyətlər”

    Qasımlı Nuray (II kurs) “Üzeyir Hacıbəyli ilə başlayan ənənənin Müslüm Maqomayev yaradıcılığında davam etdirilməsi”.

    Bu elmi müsabiqə milli musiqi irsinin araşdırılması, gənc tədqiqatçıların elmi potensialının dəstəklənməsi və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayev yaradıcılığının müasir dövrdə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.