7 may 2026-cı il
7 May 2026-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Nəriman Həsənzadə yaradıcılığına həsr olunmuş “NƏRİMAN HƏSƏNZADƏ – 95” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tarix-nəzəriyyə fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə akademiyanın professor-müəllim heyəti, münsiflər və tələbələr iştirak ediblər. Tədbir Xalq şairi Nəriman Həsənzadənin ömür yolunu əks etdirən videotəqdimatla açıq elan olunub.
Mərasimdə şairin sevgini, insanlığı, vətənpərvərliyi,mənəvi və ülvi dəyərləri əks etdirən poeziyası haqqında geniş söhbət açılıb. İlk olaraq Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş “Bahar nəğməsi” Bəstəkarlıq ixtisasının II kurs tələbəsi, H.Əliyev adına müsabiqələr laureatı Sevgim Musazadənin ifasında səsləndirilib. Daha sonra Solo oxuma kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədovanın ifasında bəstəkar Firudin Allahverdinin “Nərdivan”ı təqdim olunub.
Tədbir çərçivəsində qaliblərin hazırladığı yaradıcı videoçarxlar nümayiş olunub. Təqdim olunan videoçarxlarda Nəriman Həsənzadənin şeirləri musiqi ilə vəhdət təşkil edərək dinləyicilərə xüsusi bədii ovqat bəxş edib. Videoçarxların dərin fəlsəfi məzmunu, estetik görüntüləri və yüksək emosional təsiritədbirin ümumi ruhunu tamamlayaraq tamaşaçılarda xoş təəsürat yaradıb.
Münsiflər heyətinin qərarı ilə müsabiqənin müxtəlif nominasiyaları üzrə qalibləri müəyyənləşdirildi. Həmçinin qaliblərə pul mükafatı təqdim olunub. Mükafatlandırma mərasimində qalibləri təltif etmək üçün münsiflər heyətinin sədri, Tədris məsələləri üzrə prorektor, Əməkdar müəllim,professor Nərminə Quliyeva, Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, münsiflər heyətinin üzvləri - Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, professor Gülzar Mahmudova, Musiqi tarixi kafedrasının müdiri, Əməkdar incəsənət xadimi professor Zümrüd Dadaşzadə, Musiqi tarixi kafedrasının professoru Kəmalə Ələsgərli, kafedranın dosentləri Ayanda Adilova, Minaxanım Babayeva kürsüyə dəvət olunub.
III yer üzrə diplomla Tarix –nəzəriyyə fakültəsinin Magistratura səviyyəsi üzrə təhsil alan tələbələri Gülnur Pirquliyeva, Rəhimə Əhmədova, bakalavriat səviyyəsi üzrəAyşən Rəfizadə, Gülcan Əhmədova təltif olundu.
Tarix –nəzəriyyə fakültəsinin Magistratura səviyyəsi üzrə təhsil alan tələbəsi Qumral Zeynalova, bakalavriat səviyyəsi üzrə Jalə Quliyeva və Sevgim Musazadə II yerin qalibləri elan olunub.
I yerə Tarix –nəzəriyyə fakültəsinin Magistratura səviyyəsi üzrə təhsil alan tələbəsi Özləm Əliyeva, bakalavriat səviyyəsi üzrə SABAH tələbəsi Nəzrin Məmmədova layiq görülüblər.
Müsabiqənin ən yüksək mükafatı – Gran-pri Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin I kurs tələbəsi Eyyub Əliyevə təqdim edilib. Mükafatı təqdim etmək üçün kürsüyə söz ustası görkəmli şairin ailə ənənələrini sənət sahəsində davam etdirən, Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, Xatirə Həsənzadə dəvət olunub. Xatirə Həsənzadə Qeyd etdi ki, qalib məhz nüfuzlu şair Nəriman Həsənzadənin incə sənət duyumu və seçim meyarları əsasında seçilib.
Tədbirin sonunda nümayiş olunan videogörüntüdə Xalqın şairi Nəriman Həsənzadə iştirakçı tələbələrə təşəkkürünü ifadəedib, onların yaradıcılıq təşəbbüsünü və şeirə olan həssas münasibətini yüksək qiymətləndirib.
Nəriman Həsənzadə yaradıcılığı Azərbaycan mədəniyyətində və gənc nəslin mənəvi-estetik təribiyəsindəmühüm rol oynayır. Belə tədbirlərin davamlı keçirilməsinin şübhəsiz ki, gənclərin ədəbiyyata olan marağının artmasında böyük təsiri var.





