• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 iyul 2026-cı il

    Üzeyir Hacıyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin “Populyar musiqi və caz ifaçılığı ixtisasinin 1-ci kurs tələbəsi Məhəmməd Allahverdiyev (müəllim: Xalq artisti Salman Qəmbərov) və onun “Məcaz” qrupu  

    Azərbaycanı 3-12 iyul tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən nüfuzlu “EuropaFest 2026” musiqi festivalında solo konsert proqramı ilə təmsil etmiş, həmçinin festival çərçivəsində 20-dən çox ölkənin iştirak etdiyi “Bucharest Jazz Competition 2026” müsabiqəsinin qalibi olmuşdur.