• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 sentyabr 2026-cı il

    Qırğızıstanın Çolpon-Ata şəhərində VI Ümumdünya Köçəri Oyunları  festivalında bir çox ölkələrin nümayəndələri bir araya gəlib. Festival çərçivəsində 300-ə yaxın fərqli janrları əhatələyən müsabiqələr keçirilib.

    Azərbaycan təmsilçiləri də ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Keçirilən müsabiqələr arasında “Köçmən ulduzları” beynəlxalq vokal müsabiqəsi xüsusilə seçilib. Amerika, İsveç, Rusiya və digər ölkələrin təmsilçiləri arasında Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının IV kurs tələbəsi, müsabiqələr laureatı Pərvanə Nizam qızı Soltanova təmsil edib. Müsabiqə şərtlərinə əsasən iştirakçılar mütləq şəkildə Qırğızıstan bəstəkarlarının musiqi nümunələrinə müraciət etməli idilər. Pərvanə Soltanova akademik vokalla estrada vokalı birlikdə özündə tərənnüm edən krossover janrında əsərə müraciət edərək iştirakçılar arasında seçilmiş və 2-ci yerə layiq görülmüşdür. Bu Azərbaycan vokal ifaçılıq məktəbinin uğurudur. Qeyd edilməlidir ki, Pərvanə Soltanova Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın Solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimi İlham Nəzərovun sinfində təhsil alır. Təmsilçimizə yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.