• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 aprel  2023-cü il

    13 aprel  2023-cü il tarixində  "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilbər Məmmədovanın  "Populyar musiqi və caz ifaçılığı" ixtisasının ll kurs tələbələri ilə   "Populyar musiqi və caz musiqisinin tarixi və nəzəriyyəsi" fənni üzrə "Erkən Svinqin nümayəndələri" mövzusunda açıq dərsi keçirildi.

    Açıq dərsdə "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri,   BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova, professor, Əməkdar İncəsənət Xadimi Həcər Babayeva, professor, sənətşünaslıq üzrə elmlər doktoru Aytac Rəhimova, baş müəllim Pərviz Quliyev,  baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Zeynallı və BMA-nın mətbuat xidmətinin katibi Ofelya İsgəndərova, Kafedranın laborantı Ülkər Nəsirova, Təhsildə keyfiyyət təminatı üzrə mütəxəssis Aygün Qəhrəmanova iştirak etdilər.