10 may 2024-cü il
10 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının professoru Adilə Mailovanın “Ümumi fortepiano” fənni üzrə Açıq dərsi keçirildi.
Açıq dərsdə Adilə Mailova öncə ifa olunacaq əsərin bəstəkarı və onun yaşadığı dövr haqqında məlumat verdi.
Sonra tələbə ilə əsərdəki texniki çətin hissələr öyrənilmiş, ifa zamanı melodik axının düzgün aparılması, səslərin dolğunluğu üzərində işlənilmişdir.
Açıq dərsdə kafedranın müəllim və tələbə heyəti iştirak etdilər.