• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 may 2024-cü il

    17 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar artist, “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi Fəridə Məmmədovanın açıq dərsi keçirildi. 

    Açıq dərsdə Fəridə Məmmədova öncə ifa olunacaq əsərin bəstəkarı və onun yaşadığı dövr haqqında məlumat verdi.

    Sonra ll kurs tələbəsi  Aysun Mahmudzadə ilə 

    G.F.Hendelin “Rodilinda” operasından Rodilindanin ariyasını ifa etdi və müəllim tərəfindən ifaçılıq baxımından çətin hissələr üzərində işlənildi.

    Açıq dərsdə kafedranın müəllimləri professor Natavan Seyidzadə, dosent Svetlana Mirzəyeva, dosent Sevda Məmmədova, baş müəllim, Əməkdar artist İlham Nəzərov, Əməkdar artist Nigar Məlikova, müəllim Güllübəyim Məmmədova iştirak etdilər.