• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 iyun 2024-cü il

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22-26 iyun 2024-cü il tarixlərində ölkəmizdə keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində rusiyalı pianoçu Aleksey Melnikovun ustad dərsi keçirildi. 

    İyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gerçəkləşən ustad dərsdə lll kurs tələbəsi Elçin Məmmədov (İ.S.Bax–Buzoni “Чакона”, F.List Etud "Дикая охота"), I kurs magistr tələbəsi Afət Mehdiyeva (L.V.Bethoven Sonata  №16) çıxış etdilər. 

    Ustad dərs zamanı Aleksey Melnikov öz bilik və təcrübəsini pianoçu tələbələrlə bölüşdü. O, həmçinin ən xırda detallara və nüanslara diqqət yetirib, müəyyən ifaçılıq metodlarının həllinin sadə yollarını tələbələrin nəzərinə çatdırdı.