20 oktyabr 2025-ci il
20 oktyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar müəllim, “İxtisas fortepiano” kafedrasının dosenti Firəngiz Hacıyevanın açıq dərsi keçirildi.
Öncə F.Hacıyeva ifa olunacaq əsərin müəllifi, onun yaradıcılığı və əsər haqqında məlumat verdi. Sonra əsərin texniki, bədii tərəfləri üzərində işlənildi.
Təqdim olunan açıq dərsdə Əməkdar artist, BMA-nın “İxtisas Fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.
Tədris prosesini izləyən müəllim və tələbələr dərsin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, keçirilən açıq dərslərin gənc pianoçuların peşəkar inkişafında mühüm rol oynadığını vurğuladılar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ yanaşmaları və akademik mühitin inkişafına yönəlmiş tədbirləri ilə ölkəmizin aparıcı musiqi ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.