8 oktyabr 2025-ci il
8-9 noyabr 2025–ci il - musiqi dünyasının aparıcı simalarının bir araya gəldiyi tarixlərdir.
Bu tarixlər Qazaxıstan respublikasında baş tutan, musiqi mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərlə, görüşlərlə yadda qaldı.
Bu dəfə ölkəmiz Qazaxıstanda böyük nüfuz qazanan “Zarina Altynbayeva Youth Music Competition V” (ZAYMC 2025) beynəlxalq müsabiqəsində layiqincə təmsil olundu.
Müsabiqə çərçivəsində Bakı Musiqi Akademiyasının nümayəndəsinin fəaliyyəti xüsusi maraqla qarşılandı.
8 noyabr tarixində Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tərəfindən Kurmanqazı adına Qazaxıstan Dövlət Konservatoriyasında keçirilən ustad dərsləri, professor-müəllim heyəti və tələbələrlə görüşlər Azərbaycan musiqi məktəbinin tədris metodları, ifaçılıq ənənələri və pedaqoji yanaşmalarının təqdimatı baxımından olduqca əhəmiyyətli oldu.
Ustad dərsin ən dəyərli cəhətlərindən biri də müzakirə mədəniyyəti idi: tələbələr öz ifalarından sonra suallar verdilər, müşahidələrini paylaşdılar və professor Yeganə Axundovanın hər bir detalı incəliklə analiz etməsi ilə həm nəzəri, həm praktiki baxımdan yeni biliklər qazandılar.